Əsas Səhifə > Dünya idmanı > Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb


27-10-2023, 23:56


Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatına qələbə ilə başlayıb.

BrendSport.az
xəbər verir ki, Elşad Quliyevin yetirmələri mundialdakı debüt matçında İraq yığmasına qalib gəliblər.

Mirmehdi Rzayevin 16-cı, Elvin Əlizadənin isə 28-ci dəqiqədə vurduğu qol sayəsində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.

Qrupun digər qarşılaşmasında Misir Küveyti eyni hesabla üstələyib.

G qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 29-da Misirə qarşı keçirəcək.
Geri qayıt