Əsas Səhifə > Dünya idmanı > Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq
Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq25-10-2023, 12:10 |
Bu gün Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. BrendSport.az xəbər verir ki, İbrahim Əliyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq. Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq) isə beşinci olub. Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq. Geri qayıt |