Əsas Səhifə > Dünya idmanı > "Monpelye"nin erməni baş məşqçisi komandanın futbolçusu ilə dava edib

"Monpelye"nin erməni baş məşqçisi komandanın futbolçusu ilə dava edib


25-10-2023, 09:02


Fransanın “Monpelye” klubunun baş məşqçisi, erməni Mişel Ter-Zakaryan komandanın futbolçusu Mamadu Sako ilə dava edib.

BrendSport.az
xəbər verir ki, hadisə oktyabrın 24-də axşam məşqdən sonra klubun paltardəyişmə otağında baş verib. Otuz üç yaşlı müdafiəçi məşqçisinin iradından narazı qalıb.

Ter-Zakaryan hadisə ilə bağlı açıqlama verməyib.

Bu mövsüm Sako klubun bir oyununda iştirak edib və heç bir məhsuldar hərəkətə imza atmayıb. Fransalı futbolçu “Montpelye” ilə yanaşı, PSJ, İngiltərə “Liverpul” və “Kristal Pelas” komandalarında da çıxışları ilə tanınır. O, millinin forması ilə 29 oyun keçirib, 2 qol vurub.
Geri qayıt