Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: iki komanda maksimum nəticə ilə irəliləyir
Çempionlar Liqası: iki komanda maksimum nəticə ilə irəliləyir25-10-2023, 07:42 |
UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda 4 qrupun oyunları keçirilib. BrendSport.az xəbər verir ki , ilk gündə A, B, C və D qruplarındakı komandalardan yalnız ikisi yoluna maksimum nəticə ilə davam etməyi bacarıb. Almaniya çempionu “Bavariya” Türkiyədə “Qalatasaray”ı üstələyibsə, İspaniya “Real”ı Portuqaliya klubu “Braqa”ya səfərdə qalib gəlib. Çempionlar Liqası Qrup mərhələsi, III tur 24 oktyabr A qrupu “Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya) 1:3 “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0 Xal durumu: “Bavariya” – 9, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3, “Kopenhagen” – 1. B qrupu “Lans” (Fransa) – PSV (Niderland) 1:1 “Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2 Xal durumu: “Arsenal” – 6, “Lans” – 5, “Sevilya” – 2, PSV - 2. C qrupu “Braqa” (Portuqaliya) – “Real” (İspaniya) 1:2 “Union” (Almaniya) – “Napoli” (İtaliya) 0:1 Xal durumu: “Real” – 9, “Napoli” – 6, “Braqa” – 3, “Union” - 0. D qrupu “İnter” (İtaliya) – “Zaltsburq” (Avstriya) 2:1 “Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya) 0:1 Xal durumu: “Real Sosyedad” – 7, “İnter” – 7, “Zalsburq” – 3, “Benfika” - 0. Geri qayıt |