Əsas Səhifə > Dünya idmanı > “Mançester Siti” son 63 ildə ilk dəfə bir mövsümdə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” komandalarına onların meydanlarında qalib gəlib
“Mançester Siti” son 63 ildə ilk dəfə bir mövsümdə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” komandalarına onların meydanlarında qalib gəlib2-03-2018, 19:42 |
“Mançester Siti” futbol klubu İngiltərə premyer-liqasının 28-ci turunda “Arsenal”ı darmadağın edib – 3:0. Beləliklə, “Mançester Siti” 1954/1955-ci illər mövsümündən sonra tarixdə ikinci dəfə ali divizion çərçivəsində bir mövsümdə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” komandalarına onların meydanlarında qalib gəlib. Mançester klubu bu mövsümdə artıq 82 qol vurub və 55 il bundan əvvəl “Tottenhem” komandasının qazandığı nailiyyəti təkrarlayıb. Xatırladaq ki, 1962/1963-cü illər mövsümündə londonlular da 28 turda 82 qol vurmuşdular. Hazırda Pep Qvardiolanın komandası “Mançester Yunayted” klubunu 16 xal qabaqlayaraq liqada liderlik edir. Azərtac.az Geri qayıt |