Əsas Səhifə > Dünya idmanı > Səudiyyə Ərəbistanı 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir

Səudiyyə Ərəbistanı 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir


10-10-2023, 08:06



Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) ərizə ilə müraciət edib.

BrendSport.az
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Biz 2034-cü il futbol üzrə dünya çempionatını keçirmək üçün FIFA-ya məktub göndərmişik. Bu, Beynəlxalq Futbol Federasiyasına üzv olan 70-dən çox assosiasiyadan dəstək aldıqdan sonra atdığımız ilk addımdır”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

FIFA elan edib ki, 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri namizədliyini irəli sürə bilər. 2026-cı il çempionatı ABŞ, Kanada və Meksikada baş tutacaq. 2030-cu ildə isə dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, turnirin açılış oyunu Uruqvayda, digər iki oyun isə Argentina və Paraqvayda keçiriləcək.
Geri qayıt