Əsas Səhifə > Dünya idmanı > UEFA növbəti iki həftədə İsraildə keçiriləcək bütün oyunları ləğv edib

UEFA növbəti iki həftədə İsraildə keçiriləcək bütün oyunları ləğv edib


9-10-2023, 08:15



Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti iki həftə ərzində İsraildə himayəsi altında keçiriləcək bütün oyunları ləğv edib.

BrendSport.az
xəbər verir ki , bu barədə qurumun saytında məlumat verilib.

"UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır", - məlumatda bildirilir.

Qeyd edilir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail və İsveçrə matçının qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının iki oyunu təxirə salınıb, İsrail oktyabrın 12-də Estoniya, sonra isə oktyabrın 17-də Almaniya ilə qarşılaşmalıdır.
Geri qayıt