Əsas Səhifə > Dünya idmanı > Dünya çempionatı: Azərbaycan cüdoçuları dördüncü gündə medal qazana bilməyiblər
Dünya çempionatı: Azərbaycan cüdoçuları dördüncü gündə medal qazana bilməyiblər8-10-2023, 01:01 |
Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatının dördüncü günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb. BrendSport.az xəbər verir ki , tatamiyə çıxan bir kişi, iki qadın idmançı fəxri kürsüyə yüksələ bilməyib. Halbuki Ramazan Əhmədov +100 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə türkiyəli rəqibinə məğlub olub. Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) isə turnirlə daha erkən vidalaşıblar. Onlar 1/16 final səddini keçsələr də, növbəti raundda uduzublar. Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər. Geri qayıt |