Əsas Səhifə > Dünya idmanı > Erlinq Holann PSJ-də Mbappeni əvəzləyə bilər

Erlinq Holann PSJ-də Mbappeni əvəzləyə bilər


29-09-2023, 11:51

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann karyerasını Fransa PSJ-sində davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi Kilian Mbappeni müqaviləsinin uzadılması ilə bağlı razı sala bilməsə, 23 yaşlı hücumçunun transferi üçün çalışacaq.

Artıq ölkə çempionu norveçli forvardın planlarını öyrənmək üçün onun agenti ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"də çıxış edən Erlinq Holannın sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir. Mbappenin isə PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Geri qayıt