Əsas Səhifə > Dünya idmanı > Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi çempionluq şanslarını itiriblər
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi çempionluq şanslarını itiriblər22-09-2023, 17:20 |
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında çempionluq şanslarını itiriblər. BrendSport.az xəbər verir ki, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da isə Arif Niftullayev finala qədər irəliləyə bilməyiblər. A.Niftullayev 1/16 finalda rəqibinə məğlub olub. N.Məmmədli və Ü.Qənizadə isə 1/4 finala yüksəlmələrinə baxmayaraq, yarımfinala çıxa bilməyiblər. Güləşçilərimizin bürünc medala iddia edib-etməmələri uduzduqları rəqiblərin nəticələrindən asılı olacaq. Qeyd edək ki, digər üç yunan-Roma güləşçimiz - Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) bu gün final görüşünə çıxacaqlar. Geri qayıt |