Əsas Səhifə > Dünya idmanı > Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır


16-09-2023, 10:00


Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

BrendSport.az
xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqla üz-üzə gələcək.

70 kq-da Maqomed-Başir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovla qarşılaşacaq.

86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Mur, 125 kq-da Georgi Meşvildişvili bolqarıstanlı İslam Adizovla güləşəcək.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
Geri qayıt