Əsas Səhifə > Dünya idmanı > DÇ-2024: Azərbaycanın futzal millisi elit mərhələdə ilk oyununa çıxacaq

DÇ-2024: Azərbaycanın futzal millisi elit mərhələdə ilk oyununa çıxacaq


15-09-2023, 10:00


Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində ilk oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma səfərdə Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Görüşü sloveniyalı Admir Zahoviç idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək.
Geri qayıt