Əsas Səhifə > Dünya idmanı > DÇ-2026: Braziliya və Argentina qələbə qazanıb

DÇ-2026: Braziliya və Argentina qələbə qazanıb


13-09-2023, 09:20


Braziliya və Argentina milli komandaları DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

BrendSport.az
xəbər verir ki, hər iki yığma səfər matçına çıxıb.

Argentina Boliviyanı üç cavabsız qolla üstələyib. Qolları 31-ci dəqiqədə Entso Fernandes, 42-ci dəqiqədə Nikolas Talyafiko və 83-cü dəqiqədə Nikolas Qonsales vurub.

“Sambaçılar” isə Perunu minimal hesabla üstələyiblər - 1:0. 90-cı dəqiqədə Markinyoş fərqlənib.
Geri qayıt