Əsas Səhifə > Dünya idmanı > Qış "transfer pəncərəsi" FİFA tərəfindən ləğv oluna bilər

Qış "transfer pəncərəsi" FİFA tərəfindən ləğv oluna bilər


17-02-2018, 12:12


FİFA prezidenti Canni İnfantino futbolda yeni islahatlara ehtiyac olduğunu düşünür.

O, bəzi dəyişikliklər təklif edib. Ali futbol qurumunun 47 yaşlı başqanı qış "transfer pəcərəsi"nin ləğvini, icarəyə verilən futbolçuların sayına məhdudiyyət qoyulmasının, eyni zamanda, futbolçular üçün maksimum əməkhaqqının müəyyənləşdirilməsinin tərəfdarıdı.

İnfantinonun təkliflərinə fevralın 28-də baş tutacaq FİFA İcraiyyə Komitəsinin növbəti iclasında baxılacaq.
Geri qayıt