Əsas Səhifə > Dünya idmanı > Bakıda keçirilən dünya çempionatında “fair-play” jesti
Bakıda keçirilən dünya çempionatında “fair-play” jesti28-08-2023, 18:00 |
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında bu gün maraqlı hadisə müşahidə edilib. BrendSport.az xəbər verir ki, dünən 300 metr məsafəyə uzanaraq atəşaçma növündə kişilər arasında üçüncü yeri tutmuş Norveç komandasının üzvləri bürünc medallarını geri qaytarıblar. Onlar bunu atıcılardan birinin yarış zamanı diskvalifikasiya edilməsi və mükafatlandırma zamanı bunun jürinin diqqətindən yayınması ilə əsaslandırıblar. Beynəlxalq Atıcılıq İdman Federasiyası norveçlilərin bu addımını ədalətli oyun (“fair-play”) nümayişi kimi qiymətləndirərək, onların bu medala layiq olduğu barədə qərara gəlib. Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir. Geri qayıt |