Əsas Səhifə > Dünya idmanı > Dünya çempionu: “Azərbaycana beşinci səfərimdir”

Dünya çempionu: “Azərbaycana beşinci səfərimdir”


25-08-2023, 19:00


“Azərbaycana beşinci səfərimdir”.

BrendSport.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında stend atıcılığının səngər növü üzrə komanda yarışında çempion olan portuqaliyalı Joao Azevedo bildirib.

Komanda yoldaşı Maria İnes Koelyo de Barros ilə birgə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azevedo özlərini xoşbəxt hiss etdiklərini deyib: “Ötən dəfə Dünya Kubokunda gümüş medal qazanmışdıq, amma bu dəfə “qızıl” bizim oldu. Digər əyarlarda medalları əldə etmişik. Bu, bizim bir yerdə ikinci qızıl medalımızdır. Nəzərə almalıyıq ki, yeni komandayıq”.

Portuqaliyalı atıcı Bakı ilə bağlı xoş fikirlər səsləndirib: “İlk dəfə Qəbələyə gəlmişəm. Bakıda Avropa Oyunlarında iştirak etmişəm. Buraları çox yaxşı tanıyıram. Bakı gözəl şəhərdir, gəzməli yerlər çoxdur. Burada olmaqdan məmnunuq”.
Geri qayıt