Əsas Səhifə > Dünya idmanı > Dünya Kuboku: Nicat Abasov üçüncü yer uğrunda ikinci oyunda uduzub

Dünya Kuboku: Nicat Abasov üçüncü yer uğrunda ikinci oyunda uduzub


23-08-2023, 19:30


Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ikinci oyunda məğlub olub.

BrendSport.az
xəbər verir ki, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya yenilib.

Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.

Qeyd edək ki, bu gün, həmçinin, finalın ikinci oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) 5 qat dünya çempionu Maqnus Karlsenlə (Norveç) bərabərə qalıb. İlk dueldə də qalib müəyyənləşmədiyi üçün tay-breykə ehtiyac duyulub.
Geri qayıt