Əsas Səhifə > Dünya idmanı > Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib

Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib


21-08-2023, 20:00


Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq. Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.
Geri qayıt