Əsas Səhifə > Dünya idmanı > Qadınlar arasında dünya çempionatının qalibi bəlli olub

Qadınlar arasında dünya çempionatının qalibi bəlli olub


20-08-2023, 16:40


Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi bəlli olub.

BrendSport.az
xəbər verir ki, final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığmasına dünya çempionluğunu qazandıran yeganə qola 29-cu dəqiqədə Olqa Karmona Qarsiya imza atıb.

Qeyd edək ki, mundialın bürünc medalını İsveç yığması qazanıb.
Geri qayıt