Əsas Səhifə > Dünya idmanı > Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzub
Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzub19-08-2023, 19:10 |
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib. BrendSport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək. Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb. Geri qayıt |