Əsas Səhifə > Dünya idmanı > Qadınlar arasında dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub

Qadınlar arasında dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub


19-08-2023, 13:55


Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub.

BrendSport.az
xəbər verir ki, üçüncü yer uğrunda oyunda İsveç və Avstraliya milliləri üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 30-cu dəqiqədə penaltidən Fridolina Rolfo və 62-ci dəqiqədə Kosovare Asllani vurub.

Qeyd edək ki, finalda İspaniya və İngiltərə seçmələri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Geri qayıt