Əsas Səhifə > Dünya idmanı > "Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib


2-02-2018, 12:38


2018-ci ildə keçiriləcək "Formula-1" üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib.

Bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.
Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər.
Bu il aprelin 27 - 29-da keçiriləcək Azərbaycan Qran-prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.
Geri qayıt