Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə qarşılaşacaq
Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə qarşılaşacaq26-07-2023, 07:20 |
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq. İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyun 26 iyul 22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) Baş hakim: Lukas Fandrix (İsveçrə) Çenstoxova, “Miejski” stadionu Geri qayıt |