Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: I təsnifat mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: I təsnifat mərhələsinin püşkü atılıb20-06-2023, 16:30 |
![]() UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub. Püşkatma zamanı 30 komandadan ibarət 15 cüt yaranıb. Azərbaycan çempionu bu raundda Cəbəllütariq təmsilçisi “Linkoln”la qarşılaşacaq. Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək. Çempionlar Liqası I təsnifat mərhələsi “Haken” (İsveç) - TNS (Uels) “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) “Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibi “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) “Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) “Rakuv” (Polşa) - “Flora” (Estoniya) “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) “Farul” (Rumıniya) - “Şerif” (Moldova) “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) “Partizani” (Albaniya) - BATE (Belarus) “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) Geri qayıt |