Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb


13-06-2023, 14:30


BrendSport.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.
Geri qayıt