Əsas Səhifə > Dünya idmanı > Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum oldu

Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum oldu


14-01-2018, 20:30



Ümumdünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyasına əsasən superağır çəkidə çempion britaniyalı Entoni Coşua martın 31-də Kardiffdə Ümumdünya Boks Təşkilatının (WBO) çempion tituluna malik Yeni Zelandiyalı Cozef Parker ilə görüş keçirəcək.

Entoni Coşua bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

Qeyd edək ki, 25 yaşlı C. Parker indiyə qədər peşəkar rinqdə məğlubiyyətlə üzləşməyib, 18-i nokautla olmaqla, 24 qələbə qazanıb. İndiyə qədər 28 yaşlı E. Coşua da məğlubiyyətlə üzləşməyib, 20 görüşünün hamısında nokautla qalib gəlib.

Milli.Az
Geri qayıt