Əsas Səhifə > Dünya idmanı > “Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu olub
“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu olub31-05-2023, 00:01 |
“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb. BrendSport.az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib. Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək. Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı. “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək. Geri qayıt |