Əsas Səhifə > Dünya idmanı > "Barselona" Koutinyo "hədəfinə" çatdı

"Barselona" Koutinyo "hədəfinə" çatdı


6-01-2018, 21:30


"Liverpul"un futbolçusu Filipp Koutinyo karyerasını "Barselona"da davam etdirəcək.

BrendSport.az-ın "Sport"a istinadən yaydığı xəbərə görə, hər iki klub arasında bu transferlə bağlı razılıq əldə olunub. Braziliyalı yarımmüdafiəçinin yaxın saatlarda Kataloniyaya yola düşəcəyi bildirilib. F.Koutinyonun yanvarın 8-i "Nou Kamp" stadiounda təqdimetmə mərasimi olacağı vurğulanıb.

Qeyd edək ki, Koutinyo ilə 5 illik müqavilə imzalanacaq. Bu transfer üçün "Barsa"nın "Liverpul"a 160 milyon avro ödəyəcəyi iddia olunur. (Qol.az)
Geri qayıt