Əsas Səhifə > Dünya idmanı > Azərbaycan klublarının UEFA Konfrans Liqasında səbətləri və ilk potensial rəqibləri

Azərbaycan klublarının UEFA Konfrans Liqasında səbətləri və ilk potensial rəqibləri


16-05-2023, 09:28

Azərbaycan klublarının 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində Premyer Liqa təmsilçilərindən yalnız “Neftçi” püşkatma zamanı səpələnmişlərdə yer alacaq.

9.000 reytinq xalı olan çempionatın bürünc mükafatçısının səpələnməmişlərdəki 7 potensial rəqibi də bəllidir.

“Sabah” və Azərbaycanı turnirdə təmsil edəcək digər komanda (“Qəbələ” və ya “Zirə”) səpələnməmişlərdə olacaq. Onların isə səpələnmişlərdəki 11 mümkün rəqibləri məlumdur. Avrokuboklarda debüt edəcək “Sabah” 3.325 xalına malikdir.

Hələlik yalnız Yunanıstan klubu “Aris”in səbəti qeyri-müəyyəndir.

Ümumilikdə II təsnifat mərhələsində 90 komandanın iştirakı ilə 45 cütlük formalaşacaq. Buna qədər isə I raundda 62 klub mübarizəyə qoşulacaq və cütlüklərin 31 qalibi turnirdə yoluna davam edəcək.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

“Şkupi” (Şimali Makedoniya)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

“Konnas” (Uels)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Santa-Koloma” (Andorra)

Səpələnməmişlər:

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Baltsan” (Malta)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

Qeyri-müəyyənlər:

“Proqres” (Lüksemburq)

“Dinamo” (Batumi, Gürcüstan)

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Vikinqur” (Reykyavik, İslandiya)

“Sent-Patriks” (İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

Səpələnməmişlər:

“Hammarbü” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Auda” (Latviya)

Qeyri-müəyyən:

“Aris” (Yunanıstan)
Geri qayıt