Əsas Səhifə > Dünya idmanı > "Roma"nın qapıçısı UEFA Avropa Liqasının rekordçusu olub

"Roma"nın qapıçısı UEFA Avropa Liqasının rekordçusu olub


12-05-2023, 11:12

İtaliyanın "Roma" klubunun qapıçısı Rui Patrisiu UEFA Avropa Liqasının rekordçusu olub.

BrendSport.az
xəbər verir ki, Almaniya "Bayer"inə qarşı yarımfinalın ilk matçında iştirak edən 35 yaşlı qolkiper turnirdə ən çox matça çıxan oyunçu adına sahib çıxıb.

Patrisiu Avropa Liqasında 67-ci qarşılaşmasını keçirib. Bu isə futbolçular arasında yeni turnir (2009/2010 mövsümündən bəri) rekorddur. Portuqaliyalı qapıçı Serbiyanın “Srvena Zvezda” komandasının müdafiəçisi Aleksandar Draqoviçi geridə qoyub.

Qeyd edək ki, görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu mayın 18-də Almaniyada baş tutacaq.
Geri qayıt