Əsas Səhifə > Dünya idmanı > Konte onların qalmasını istəyir
Konte onların qalmasını istəyir30-12-2017, 13:12 |
"Çelsi"nin baş məşqçisi Antonio Konte futbolçuları Tibo Kurtua və Eden Hazardın satılmasını istəmir. Britaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə təcrübəli mütəxəssis açıqlamasında deyib: "Yaxşı titullar üçün mübarizə aparmaq istəyiriksə, komandaya səviyyəli futbolçular lazımdır. Bizə komandanı yaxşılaşdırmalı, aparıcı oyunçuları satmamalıyıq. Hazardın müqaviləsini uzatmaq barədə klubla danışıqları davam edir. Kurtua və Hazardın komandada qalmasını istəyirəm". Qeyd edək ki, hər iki oyunçu ilə "Real"ın maraqlandığı iddia olunur. Geri qayıt |