Əsas Səhifə > Dünya idmanı > Polşalılara UEFA tərəfindən növbəti cəza
Polşalılara UEFA tərəfindən növbəti cəza30-08-2017, 10:35 |
UEFA Polşanın "Legiya" klubunu növbəti dəfə cərimələyib. Buna Moldova "Şerif"i ilə Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçirilmiş ev oyununda varşavalı fanatların qitə futbol klubu əleyhinə açdıqları banner səbəb olub. Azarkeşlər UEFA emblemi fonunda və "35 min avro cərimə də çatdırılacaq" yazılmış, əlində kisə tutan donuz təsvirli banner nümayiş etdiriblər. Beləliklə, onlar Qazaxıstan "Astana"sı ilə Çempionlar Liqasının III təsnifat mərhələsi qarşılaşmasında Varşavadakı üsyanda öldürülənlərin xatirəsinə banner açdıqlarına və təhlükəsizlik qaydalarını pozduqlarına görə tətbiq olunmuş cəriməyə cavab veriblər. İlk dəfə "Legiya"nı 35 min avro cərimələnmişdisə, bu dəfə qadağan olunmuş banner və pirotexnikadan istifadə üzündən 50 min avro ödəməli olacaq. Habelə, növbəti Çempionlar Liqası və ya Avropa Liqasındakı ev oyununda stadionda şimal tribunasına giriş qapadılacaq. Geri qayıt |