Əsas Səhifə > Dünya idmanı > Dünya çempionatları yeni məkana köçür

Dünya çempionatları yeni məkana köçür


23-12-2017, 12:32


Qadın voleybolçular arasında klublararası dünya çempionatları yeni məkana köçür. Beynəlxalq Voleybol Federasiyası (FİVB) növbəti iki mundialla bağlı qərarını açıqlayıb.

2018 və 2019-ci illərdə yarış Çində baş tutacaq. Çjetszyan şəhəri ilk dəfə mundiala ev sahibliyi edəcək.

Qeyd edək ki, indiyədək çempionata Braziliya (1991, 1994), İtaliya (1992), Qətər (2010, 2011, 2012), İsveçrə (2013, 2014, 2015), Filippin (2016) və Yaponiya (2017) ev sahibliyi edib. Qətərin paytaxtı Doha Azərbaycan voleybolunun tarixi uğurları ilə əlamətdar olub. Ölkəmizin ən titullu klubu “Rabitə” 2011-ci ildə dünya çempionu adını qazanıb, növbəti il gümüşə yiyələnib.
Geri qayıt