Əsas Səhifə > Dünya idmanı > “Barselona” İspaniya çempionatında “Atletiko”ya qalib gəlib

“Barselona” İspaniya çempionatında “Atletiko”ya qalib gəlib


23-04-2023, 21:39
“Barselona” İspaniya çempionatında “Atletiko”ya qalib gəlib
Futbol üzrə İspaniya çempionatının lideri “Barselona” 30-cu turun matçında evdə “Atletiko” ilə qarşılaşıb.

BrendSport.az
xəbər verir ki, Barselonadakı “Kamp Nou” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 44-cü dəqiqədə "Barselona"nın hücumçusu Ferran Torres vurub.
Beləliklə, "Barselona" 30 matçda 76 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlinə başçılıq etməkdə davam edir. “Atletiko” 60 xalla ilk üçlükdə qərarlaşıb. “Real Madrid” 65 xalla ikincidir.
Geri qayıt