Əsas Səhifə > Dünya idmanı > "Milan" 37 yaşlı hücumçu yeni müqavilə imzalayıb

"Milan" 37 yaşlı hücumçu yeni müqavilə imzalayıb


19-04-2023, 09:00



BrendSport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

Fransalı forvard bu mövsüm bütün turnirlərdə keçirdiyi 37 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Olivye Jiru "Milan"a 2021-ci ilin iyulunda İngiltərənin "Çelsi" komandasından keçib.
Geri qayıt