Əsas Səhifə > Digər > İrəvanda Azərbaycan Bayrağının yandırılması əsl vandalizm aktıdır - Baş məşqçi

İrəvanda Azərbaycan Bayrağının yandırılması əsl vandalizm aktıdır - Baş məşqçi


15-04-2023, 21:02
İrəvanda Azərbaycan Bayrağının yandırılması əsl vandalizm aktıdır - Baş məşqçi

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılmasından sonra yarışı tərk edən azərbaycanlı idmançılar bu gün Gürcüstan paytaxtına gəliblər.

BrendSport.az
xəbər verir ki, idmançılar və onların məşqçiləri Tbilisi Ş.Rustaveli adına beynəlxalq aeroportunda azərbaycanlı jurnalistlərlə görüşərək təəssüratlarını bölüşüblər. Azərbaycan milli yığma komandasının baş məşqçisi Emil Əliyev deyib ki, idmançılarımız Azərbaycandan Gürcüstana, buradan isə İrəvana uçublar. İlk baxışdan hər şey yaxşı görünürdü. Lakin sonradan, belə bir mötəbər çempionatın açılış mərasimində ölkə prezidentinin, baş nazirinin və Avropadan gələn nümayəndə heyətinin gözü qarşısında Azərbaycan Bayrağının yandırılması, təhqir olunması sübut etdi ki, bunlar hamısı gözdən pərdə asmaq imiş. Çempionatda iştirak edən dövlətlərin bayraqları arasında Azərbaycan Bayrağının yandırılması açıq-aşkar vandalizm aktıdır.
“Azərbaycan idmançıları bu çempionata böyük həvəslə qatılıblar. Lakin, ermənilərin bu hərəkəti idmançılarımızın psixoloji durumuma çox pis təsir göstərdi. Biz fikirləşdik ki, açılış mərasimində bu cür vandalizm aktını törədənlər yarış vaxtı idmançılarımıza qarşı daha ciddi ziyan vura bilərlər. Hamı da yaxşı bilirdi ki, Azərbaycan idmançıları bu yarışa necə ciddi hazırlaşıblar. İdmançılarımız İrəvana məhz medal qazanmaq üçün gəliblər. Ermənilərin bundan sonra daha hansı təxribatlar törətməyəcəklərinə isə heç kim zəmanət verə bilməzdi. Ona görə də biz yarışda iştirak etməkdən imtina etdik”, - deyə baş məşqçi qeyd edib.
Geri qayıt