Əsas Səhifə > Digər > Ağırlıqqaldırma üzrə Azərbaycan millisi İrəvanda məskunlaşdığı oteldən buraxılmır

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi İrəvanda məskunlaşdığı oteldən buraxılmır


15-04-2023, 11:44


Ermənistanın paytaxtı İrəvanda məskunlaşdığı oteldən buraxılmır.

BrendSport.az
xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.

Nazir bildirib ki, ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndələrinin hazırda mətbuata çıxışı yoxdur.

“İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar oteldən çıxa bilmirlər”, - deyə nazir paylaşımında yazıb.

Fəriq Qayıbov beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırıb: “Həmçinin, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatında iştirakdan imtina edib.
Geri qayıt