Əsas Səhifə > Digər > Üç sərbəst güləşçimiz yarımfinala yüksəlib

Üç sərbəst güləşçimiz yarımfinala yüksəlib


18-03-2023, 18:00
Üç sərbəst güləşçimiz yarımfinala yüksəlib

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
BrendSport.az
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, üç sərbəst güləşçimiz yarımfinala yüksəlib.
Belə ki, yarımfinala Turan Bayramov (74 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) irəliləyiblər.
T.Bayramov finala gedən yolda Kristian Biron (Rumıniya), A.Şabanov Andro Margişvili (Gürcüstan), V.Qalayev isə Solomon Manaşvili (Gürcüstan) ilə üzləşəcək.
Ayxan Abdullazadə (61 kq) və Fərid Cabbarov (86 kq) ilk görüşlərində məğlub olublar. Onlar rəqibləri finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaqlar.
Bu gün, həmçinin Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq) və İslam İlyasov (97 kq) qızıl medal uğrunda mübarizə aparacaq. Onlar finalda, müvafiq olaraq Xamzat Arsamerzoyev (Fransa), Hayk Papikyan (Ermənistan) və Oktay Çiftçi (Türkiyə) ilə güləşəcəklər.
Nurəddin Novruzov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qarşılaşmalarına çıxacaqlar. Üçüncü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa)/Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, S.Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.
Avropa çempionatı martın 19-da başa çatacaq.
Geri qayıt