Əsas Səhifə > Digər > Könüllülərə vinq çun döyüş sənətinin xüsusiyyətləri barədə məlumat verilib
Könüllülərə vinq çun döyüş sənətinin xüsusiyyətləri barədə məlumat verilib6-03-2023, 07:22 |
Azərbaycan Vinq Çun Federasiyası 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “Asan Könüllüləri” Təşkilatının asan könüllüləri üçün “Özünümüdafiə ustad dərsləri” adlı seminar təşkil edib. BrendSport.az xəbər verir ki, seminar Azərbaycan Vinq Çun Federasiyasının prezidenti, 5 qat dünya çempionu, Əməkdar məşqçi Asif Sayadov tərəfindən keçirilib. Seminarda Asif Sayadov özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb. Asif Sayadov seminar iştirakçılarına vinq çun haqqında tarixi məlumatlar, bu döyüş sənətinin xüsusiyyətləri və gündəlik həyatımızda şəxsi təhlükəsizliyimizin vacibliyi haqqında bir sıra məlumatlar verib. Həmçinin seminarda müxtəlif psixoloji və ekstremal situasiyalarda şəraitə uyğun davranış və özünümüdafiə formaları haqqında nəzəri və praktiki təlimlər keçirilib. Təlim 3 hissəli - psixoloji, nəzəri, praktiki mövzularda davam edib. Daha sonra seminarın praktiki hissəsində iştirakçılara, küçədə baş verən hər hansı təcavüz və hücuma qarşı effektiv cavab və davranış, fəndlər və əks fəndlər, Azərbaycan Respublikasının Qanunlara uyğun olaraq özünümüdafiə və son zərurət çərçivəsində hücum edən şəxsi necə zərərsizləşdirilməsi öyrədilib. Geri qayıt |