Əsas Səhifə > Digər > Stolüstü tennisçimiz nüfuzlu turnirin mükafatını qazanıb

Stolüstü tennisçimiz nüfuzlu turnirin mükafatını qazanıb


4-03-2023, 13:31


Stolüstü tennisçimiz Adil Əhmədzadə Portuqaliyada keçirilən “WTT Youth Contender Vila Real 2023” turnirində uğurla çıxış edib.

BrendSport.az
xəbər verir ki, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançımız ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala keçib.

Finalın bir addımlığında İtaliya idmançısına uduzan A.Əhmədzadə nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına sahib olub.

Bu yaş qrupunda ümumilikdə 61 idmançı mübarizə aparıb və bu da kifayət qədər ciddi rəqabətdən xəbər verir.

Geri qayıt