Əsas Səhifə > Digər > Voleybol üzrə Azərbaycan çempionatı: “Murov” komandası turnir cədvəlində liderliyini möhkəmləndirib

Voleybol üzrə Azərbaycan çempionatı: “Murov” komandası turnir cədvəlində liderliyini möhkəmləndirib


26-02-2023, 07:30
Voleybol üzrə Azərbaycan çempionatı: “Murov” komandası turnir cədvəlində liderliyini möhkəmləndirib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23.

Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” və “Neftçi” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb. MOİK isə bir xalla sonuncudur.
Geri qayıt