Əsas Səhifə > Digər > Portuqaliyalı dünya çempionu Dioqo Abreu Bakıda mərhələ adlayıb

Portuqaliyalı dünya çempionu Dioqo Abreu Bakıda mərhələ adlayıb


18-02-2023, 20:06
Portuqaliyalı dünya çempionu Dioqo Abreu Bakıda mərhələ adlayıb

Portuqaliyalı dünya çempionu Dioqo Abreu Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında yarımfinala adlayıb.

BrendSport.az
xəbər verir ki, kişi idmançıların fərdi təsnifat mərhələsinin üçüncü qrupunda mübarizə aparan D.Abreu 58,750 xalla bütün rəqiblərini qabaqlayıb.

Daha əvvəl birinci qrupdan qazaxıstanlı Daniel Mussabayev, ikinci qrupdan isə Fransa təmsilçisi Julian Kartier yarımfinala vəsiqə qazanmışdılar.

İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.
Geri qayıt