Əsas Səhifə > Digər > Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri məlum olub

Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri məlum olub


15-02-2023, 12:16
Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri məlum olub

Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri məlum olub.

BrendSport.az
xəbər verir ki, iyulun 18-23-də Andorrada 16 yaşadək qızlar arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək. B qrupunda yer alan millimiz Andorra, Moldova və Albaniya seçmələri ilə üz-üzə gələcək.

İyulun 19-27-də Kosovoda 16 yaşadək oğlanlar arasında Avropa çempionatının C divizionunun matçları oynanılacaq. U-16 yığmamız B qrupunda Albaniya, Kipr, Ermənistan və San-Marino komandalarına rəqibi olub.
On səkkiz yaşadək oğlanlardan ibarət millimiz iyulun 29-dan avqustun 6-dək Bakıda Avropa çempionatının C divizionunun A qrupunda Malta, Kipr və Moldova komandaları qarşılaşacaq.
Geri qayıt