Əsas Səhifə > Digər > Elnur Məmmədli: "Gələcəyin olimpiya və dünya çempionlarını yetişdirmək istəyirik"
Elnur Məmmədli: "Gələcəyin olimpiya və dünya çempionlarını yetişdirmək istəyirik"9-02-2023, 23:41 |
"İstəyirik ki, gələcəyin olimpiya, dünya və Avropa çempionları yetişsinlər. Rəhbərliyin məqsədi odur ki, uşaqlar, gənclər və yeniyetmələr cüdo ilə məşğul olsunlar". BrendSport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi instaqram səhifəsinə açıqlamasında deyib. Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi ölkədə bu idman növünün sürətlə inkişaf etdiyini bildirib: "Loqomuz, yığma komandalara yanaşmamız dəyişilib. Bilirsiniz ki, ildən-ilə dünyada cüdo idman növündə inkişaf gedir. Biz də dəyişməliyik ki, dünya ilə ayaqlaşa bilək. Çalışırıq ki, cüdo dünyada olduğu kimi, Azərbaycanda da populyarlaşsın. Bütün regionlarda cüdo məktəbləri tikilir. Bəziləri yenidən təmir olunur. Regionlardakı idman zallarına tatamilər, cüdokilər paylanılıb". Bu il Azərbaycanda cüdonun 50 illik yubileyinin qeyd edildiyini xatırladan ACF rəsmisi geridə qalan müddətdə iki olimpiya və bir dünya, həmçinin bir neçə Avropa çempionları və mükafatçıları olduğunu söyləyib: "Biz artıq qalib ölkəyik və bütün dünya bunu gördü. Azərbaycan cüdosu dünyada ilk "10-luq"da gedir. Bu, böyük rəqəmdir". Məmmədli bu il həm də Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi olduğunu vurğulayıb: "Dövlət başçısı İlham Əliyev həm də MOK-un prezidentidir. Azərbaycanda idmanın inkişafı məhz oradan başlayır. Çünki həm Prezident İlham Əliyev, həm də birinci xanım Mehriban Əliyeva yarışlar vaxtı idmançılarımızın çıxışını tribunadan canlı izləyirlər. Bu, vətəndaşlar üçün böyük motivasiyadır". Geri qayıt |