Əsas Səhifə > Digər > “Qalatasaray”ın yeni transferi nömrə seçimini zəlzələ qurbanının xatirəsinə həsr edib
“Qalatasaray”ın yeni transferi nömrə seçimini zəlzələ qurbanının xatirəsinə həsr edib9-02-2023, 20:01 |
İstanbulun “Qalatasaray” futbol klubunun yeni transferi Nikolo Zaniolo komandada 17 nömrəli formada çıxış edəcək. BrendSport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu bu nömrəni Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində həlak olan 17 yaşlı “Qalatasaray” azarkeşi Muhammed Emin Özkanın şərəfinə seçib. O, Türkiyəyə gələr-gəlməz zəlzələdən zərərçəkənlər üçün “Nef” stadionunda yardımların qablaşdırılmasına və daşınmasına kömək edib. Qeyd edək ki, “Qalatasaray” klubu İtaliya millisinin üzvü ilə 2027-ci ilədək müqavilə imzalayıb. Geri qayıt |