Əsas Səhifə > Digər > Bakıda keçiriləcək dünya kuboku yarışlarında Polşanı üç gimnast təmsil edəcək
Bakıda keçiriləcək dünya kuboku yarışlarında Polşanı üç gimnast təmsil edəcək9-02-2023, 17:04 |
Polşa milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb. BrendSport.az xəbər verir ki, böyüklər arasında təşkil olunacaq yarışda üç polşalı batutçu – Mateus Drobinski, Kasper Rempalski və Artur Zakrzevski medallar uğrunda mübarizə aparacaq. Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir. Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir. Geri qayıt |