Əsas Səhifə > Digər > “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri”

“Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri”


1-12-2017, 13:21


Dünən Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Şərur rayon Aralıq kənd tam orta məktəbində “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilmişdir.

Naxçıvan MR Gənclər və İdman Nazirliyindən BrendSport.az saytına verilən məlumata görə əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli və Şərur Rayon Təhsil Şöbəsinin metodisti Nəriman İsmayılov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermişdir. Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov hazırlanmış slayd vasitəsilə mövzu ətrafında çıxış edərək bildirmişdir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır.

İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video çarxlara baxmaq, ünsiyyət yaratmaq, oyunlar oynamaq və digər məqsədlər üçün istifadə edirlər. Həmçinin sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında, ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu vardır.

Bunlarla yanaşı muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən də geniş istifadə olunur. Yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkankarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur ki, həmin gəzintilər zamanı çəkilən foto şəkilər və video çarxlar gənclər tərəfindən müxtəlif məlumat yazılaraq sosial şəbəkələrdə paylaşılır. Yeniyetmə və gənclər sosial şəbəkəyə qoşularkən mütləq bilməlidir ki, kimlərlə yazışır, ünsiyyət qurur, nəticədə kimlərlə görüşür, tanış olduqları insanların, izlədikləri səhifə və qrupların maraq dairəsi necədir.

Əks-halda, yeniyetmə və gənclər hansısa dini sektanın, terrorçu qrupun və zərərli vərdiş aludəçisinin təsiri altına düşərək hansısa zərərli vərdişlərlə məşğul ola bilərlər. Digər tərəfdən həddən ziyadə sosial şəbəkələrdən istifadə etmək yeniyetmə və gəncləri təhsildən yayındırar və onların sağlamlıqlarına ziyan vurar. Tədbirdə 20 nəfər yeniyetmə iştirak etmişdir.



Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi

Geri qayıt