Əsas Səhifə > Digər > "Onu "Real Madrid" forması ilə görməyəcəyimə ümid edirəm"

"Onu "Real Madrid" forması ilə görməyəcəyimə ümid edirəm"


29-11-2017, 21:02


"Barcelona"nın yarımmüdafiəçisi İvan Rakitiç sabiq komanda yoldaşı Neymarın "Real"a keçməsinə qarşıdır.

Xorvatiyalı havbek onun üçün darıxdığını da etiraf edib.

"Barcelona"dan qazanılan şeylər heç bir klub və şəhərdə ələ düşmür. Neymardan ötrü nəinki meydanda, adi həyatda da darıxıram. Eyni hissi keçirib-keçirmədiyini özü deyə bilər. Onun indi komandada olmasını istərdim. Sehrli çubuğum olsaydı, Neymarı bura qaytarardım. Ona uğurlar arzu edirəm. Ümid edirəm ki, heç vaxt onu "Real Madrid" forması ilə görməyəcəm. Buna baxmayaraq futbolda hər şeyin baş verməsi mümkündür". (Goal.az)
Geri qayıt