Əsas Səhifə > Digər > Sumqayıt Taekvondo Mərkəzi

Sumqayıt Taekvondo Mərkəzi


21-11-2017, 17:14
Sumqayıt Taekvondo Mərkəzi

Sumqayıt Taekvondo Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Mərkəzin rəhbəri Avropa Çempionu, qara kəmər sahibi Nicat Mikayilovdur.

BrendSport.az saytı xəbər verir ki, mərkəzdə 6 məşqçi-müəllim fəaliyyət göstərir. Azərbaycnın tanınmış məşqçiləri Rəşad Məmmədov, Vurğun Cəfərov, İsa İsayev, Elşad Qüdrətli, İlham Eldarov və Nicat Mikayılov kimi müəllimlər burada məşqlər keçir.

Ümumiyyətlə, mərkəzdə 300-ə yaxın taekvondoçu bu məşqçilər tərəfindən taekvondonun sirlərini öyrənirlər.

Bu vaxta qədər mərkəzin yetirmələri respublika birinciliklərinin və müxtəlif beynalxalq yarışların mükafatçiları olmuşlar.

Mərkəzin müəllimləri bir çox tədbirlərdə iştrak etmiş, fəxri fərman və diplomla təltif edilmişlər.

Alxas Məmmədov
Geri qayıt