Əsas Səhifə > Digər > Azərbaycan badmintonçusu Hindistanda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Hindistanda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb


19-01-2022, 15:55


Badmintonçumuz Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

BrendSport.az
Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında 1/16 final mərhələsində Hindistan təmsilçisi Sourabh Verma ilə qarşılaşan təmsilçimiz gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Badmintonçumuz səkkizdəbir finalda Kim Bruun (Danimarka)- Julyen Carraggi (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.
Geri qayıt